Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram” –

User 26 Avqust 2024 - 12:54 (Last updated: 21 May 2025 - 20:15)
mehriban xanim

“Mən tənqidə tamamilə normal yanaşıram. Siyasi sistemdə və ümumiyyətlə, həyatda olduğu kimi, hər şeyin hamının xoşuna gəlməsi mümkün deyil. Aydındır ki, hansısa obyektiv məqamlar, çoxlu subyektiv tənqid var”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva 7 il əvvəl -2017-ci ilin fevralında “Rossiya 24” kanalına müsahibəsində deyib.

M.Əliyeva bildirib ki, bu illər ərzində, təəssüf ki, ölkəmiz dəfələrlə haqsız, qeyri-obyektiv, qərəzli, ikili standartlı tənqidlə rastlaşıb və yəqin bizdə artıq özünəməxsus immunitet yaranıb: “Mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram, ona tamamilə açığam və həssasam. Mən öz işimdə və fəaliyyətimdə təkmilləşməyə hazıram”.

Birinci vitse-prezidentin sözlərinə görə, hansısa şəxsi xırda ambisiyalara görə öz ölkənə, əslində, xalqına qarşı müxalifətdə olmaq dəhşətlidir:  “Mən həmişə deyirəm ki, hakimiyyətə qarşı müxalifətdə olmaq mümkündür, amma öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Ən dəhşətlisi elə budur”.

“Buna görə də bu halda yenə də mənim vəzifəm ondan ibarətdir ki, müəyyən vaxtdan sonra, hətta ən çox tənqid edən təbəqələrin obyektiv tənqidi üçün əsasları daha da azalsın. Mən çalışacağam buna nail olum”- deyə Mehriban Əliyeva müsahibəsində vurğulayıb.

Jurnalistin “Siz bir çox məmurlardan fərqli olaraq, quru insan deyilsiniz. Məmur peşəsinin tələbi isə sərtlikdir və bəzən “yox” demək bacarığıdır. Dövlət qulluğuna keçməklə indi Siz dəyişəcəksinizmi?” sualına M. Əliyevanın cavabı maraqlı olub: “Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli – bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil.

Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar. Azərbaycan kiçik ölkədir və baş verənlərin hamısı gec-tez aydın olur. Buna görə də bu mənada mən öz fəaliyyətimi çox dəyişmək fikrində deyiləm. Şəfqət təkcə gözəl söz deyil. Əsl şəfqət real işlər – real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir. Bu halda yenə də həmin prinsipiallıq, həmin iradə lazımdır. Ən əsası və ən dəhşətlisi biganəlik və laqeydlikdir. Bax, belə olmamalıdır! Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən – insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə bu, həmişə doğru yoldur”.

Mehriban Əliyeva vurğulayıb ki, Birinci vitse-prezident postunda əsas rolunu Prezidentin komandasının üzvü və sadiq həmməsləki kimi görür.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 21 fevral 2017-ci ildə Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunub.

Post navigation

Previous: Qırmızı Xaç Bakıda həbsdə olan erməni separatçılarına baş çəkib
Next: Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.