“Mən sığınacaq istəməmişəm, bu təxribatdır” –Azərbaycanın İsveçdəki səfiri açıqlama verdi

Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadənin siyasi sığınacaq istəməsi barədə yayılan məlumatlara aydınlıq gətirlib.

G.Rüstəmzadə haqqın.az-a açıqlamanda bu informasiyanı təxribat adlandırıb: “Bu təxribatdır. Mən hazırda öz iş yerimdəyəm. Başa düşmrəm kim və nə üçün  belə dezinformasiyanı yayır?” –deyə o bildirib.

XİN-dən də bu məlumat təkzib olunub və informasiya diversiyası adlandırılıb.

Qeyd edək ki, bir neçə saat əvvəl sosial şəbəkədə Azərbaycan diplomatının sığınacaq üçün müraciət etdiyi barədə məlumat yayılıb.

Günəş Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin nəvəsidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Karantin rejimini pozan 195 minə yaxın şəxs barəsində tədbir görülüb” –

Sonrakı məqalə

Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxub –