Mərc oyunları ilə bağlı “Fənərbaxça” və “Qalatasaray”ın futbolçuları saxlanılıb

İstanbul Baş Prokurorluğu futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində yeni əməliyyatlara başlayıb.

NTV xəbər verir ki, Türkiyə Futbol Federasiyasının hakimlərin mərc oyunlarında iştirak etdiyini aşkarlamasından sonra başlayan istintaq çərçivəsində əməliyyatlar genişlənib.

Çoxsaylı klub idarəçisi və futbolçu barəsində saxlanılma qərarı çıxarılıb.

Türkiyədə saxlanılanlar arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın oyunçusu Metehan Baltacı da var.

APA-nın NTV-yə istinadən xəbərinə görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətə “Futbol mərc oyunları araşdırması” kimi tanınan işin ikinci hissəsi çərçivəsində “Qalatasaray”ın futbolçusu Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi aşkarlanıb.

Eyni zamanda, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın başqası vasitəsilə qanuni mərc oyunlarında iştirak etdiyi məlum olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.