Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi nədə ittiham olunur?

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Azad Abdullayevə verilən ittihamlar məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2,(dələduzluq) 178.2.3 178.2.4 və 32.4, 312.2-ci(rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

 

Əvvəlki məqalə

MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib

Sonrakı məqalə

İstifadəyə yararlı və yararsız çimərliklər açıqlanıb