“Mərkəzi və Şərqi Avropada ÜDM-in artım tempi yavaşlayacaq”- "Moody’s"

Bu il Mərkəzi və Şərqi Avropada ÜDM-in artım tempi 2019-cu ildə qeydə alınan 3,8%-dən 3,3%-dək enəcək.

Bu barədə “APA-Economics” “Moody’s” beynəlxalq reytinq agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə dərc etdiyi proqnoza istinadən xəbər verir.

Xarici məhdudiyyətlər və bu il üçün suveren kredit qabiliyyətinin neqativ proqnozlaşdırılması iqtisadı artımın yavaşlayacağına dair gözləntiyə zəmin yaradıb.

Öz növbəsində, “Moody’s”suveren kredit qabiliyyətinin neqativ proqnozunun əsas səbəbi kimi sözügedən regionun iqtisadiyyatının pisləşən qlobal mühitə həssaslığını və daim daxili təzyiqlərlə üzləşməsini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran səfiri Britaniya XİN-ə çağırılıb

Sonrakı məqalə

İTV deputatlığa namizədlərə müraciət edib