Məşhur futbolçu Ronaldinyo yenidən həbs edilib

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yenidən saxlanılıb.

Apasport.az saytının məlumatına görə, Paraqvaya saxta sənədlərlə gəlməkdə şübhəli bilinən cənubi amerikalı dünən sərbəst buraxılsa da, bu gün yenidən həbs olunub.

Baş prokurorun tapşırığı ilə “sambaçı” qardaşı Roberto de Assis Moreyro ilə birlikdə paytaxt Assunsionda polis bölməsinə aparılıb. Qardaşlar bu gün məhkəmə qarşısına çıxarılacaqlar.

Qeyd edək ki, Ronaldinyonun ölkəsi Braziliyada bütün mülkü hökumət tərəfindən müsadirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxda sərhədçi əsgərimiz açılan atəşdən həyatını itirdi-

Sonrakı məqalə

Sabaha olan hava proqnozu –