Məşhur kino ulduzu Brüs Uillisin arvadı ərinin son vəziyyətini açıqlayıb

Məşhur Hollivud aktyoru Brüs Uillisin həyat yoldaşı, model və aktrisa Emma Heminq demensiya xəstələyinə tutulan ərinin vəziyyəti barədə danışıb.

Azpost.info bildirir ki, o, İnstaqram hesabında müvafiq paylaşım edib.

Heminq ərinin xəstəlik səbəbindən əzab çəkməsi ilə bağlı mediada yayılan şayiələri təkzib edib: “Məqalələrdə deyilir ki, ərim artıq sevinmək hissini itirib. Sizə deyə bilərəm ki, bu həqiqətdən uzaqdır”, – o yazıb.

Aktyorun həyat yoldaşı qeyd edib ki, jurnalistlərin bu cür məlumatları insanları qorxudur. Heminqin sözlərinə görə, onların ailə həyatında çoxlu kədərli məqamların olmasına baxmayaraq  kifayət qədər sevgi, dəstək və sevinc var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.