Məşhur müğənni Ququş İranda etiraz aksiyalarını dəstəklədi –"Şərəfli günləri geri qaytaraq"

Məşhur İran müğənnisi Ququş (Fəridə Atəş) İranda baş verən etiraz aksiyalarını dəstəkləyib. 

AzPost bildirir ki, Ququş bununla bağlı paylaşım edib və gəncləri “İranın şərəfli günlərini geri qaytarmağa” çağırıb.

“İranın cəsur və əzabkeş xalqı öz ölkələrini geri almaq üçün bu qatillərin gücünə bir daha boyun əyməyəcək. Böyük ölkəmizin gəncləri, qadınları və kişiləri bir daha İranın keçmişinin şərəfli günlərini geri qaytaracaq. İşıq qaranlığa qalib gələcək”-deyə Ququş müraciətində yazıb.

Onun bu paylaşımı birmənalı qarşılanmayıb. Şərh yazanların bir qismi ona etiraz edib, İranı dağıtmaq istəyən ABŞ-ın oyununa qoşulmaqda ittiham ediblər.

Qeyd edək ki, bir neçə gündür İranda infliyasiya və sosial vəziyyətlə bağlı lokal etiraz aksiyaları keçirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.