Məşhur müğənni Toto Kutunyo vəfat edib

Dünya şöhrətli italiyalı müğənni Toto Kutunyo vəfat edib.

Bu barədə ANSA informasiya agentliyi məlumat yayıb.

80 yaşlı musiqiçi bu gün saat 16:00 radələrində yerləşdirildiyi Milanın San Raffaele xəstəxanasında dünyasını dəyişib. Məşhurun ​​ölüm xəbərini müğənninin meneceri Danilo Mankuso açıqlayıb. Onun sözlərinə görə, Toto uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Kutunyonun səhhəti son aylar halı pisləşib.

Toto (əsl adı Salvatore) Cutugno musiqi karyerasına 1960-cı illərdə başlayıb.  Məşhur Sanremo festivalında L’italiano (aka Lasciate Mi Cantare) mahnısı ilə iştirak edib. L’italiano (aka Lasciate Mi Cantare) mahnısı  onun vizit kartı idi.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.