Rusiya şəhərində məzun gecəsi faciə ilə nəticələndi: Gənc qız cinsi zorakılığa məruz qaldı.
Vsevolojsk şəhərində keçirilən məzun gecəsində bir tələbə qızın zorlandığı iddia olunur. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
AzPost xəbər verir ki, Leninqrad vilayətinin Vsevolojsk şəhərində mayın 25-dən 26-na keçən gecə baş verən hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Məlumata görə, kollec məzunlarının kirayələdiyi kottecdə bayram tədbiri zamanı 20 yaşlı bir qız cinsi zorakılığa məruz qalıb.
İlkin istintaq məlumatlarına əsasən, tədbirdə iştirak edən şəxslər arasında zərərçəkmişin tanımadığı şəxslər də olub. Onlardan birinin qızı sərxoş vəziyyətə saldığı və daha sonra zorakılıq hərəkətləri etdiyi iddia olunur. Hadisə barədə səhəri gün məlumat verilib.
Qızın yaxın dostuna danışmasından sonra məsələ valideynlərə çatdırılıb və hüquq-mühafizə orqanlarına müraciət olunub. Hal-hazırda şübhəlilərin müəyyən olunması və hadisənin bütün detalları üzrə araşdırma aparılır.
Leninqrad vilayət prokurorluğu və istintaq idarəsi hadisənin ciddiliyini nəzərə alaraq xüsusi istintaq qrupu yaradıb. Rəsmilər ictimaiyyəti yalan məlumat yaymamağa və rəsmi açıqlamaları gözləməyə çağırır.