Macarıstan Ukraynadakı səfirini geri çağırdı

Kiyevin Budapeştin mövqeyi ilə bağlı bəyanatlarından qəzəblənən Macarıstan hökuməti Ukrayna səfirini geri çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Narazılığa Budapeştin müharibə ilə bağlı mövqeyinə qarşı Ukraynada səsləndirilən bəyanatlar səbəb olub. Siyarto bildirib ki, hökumətin enerji sanksiyalarının əleyhinə olması və silahların Macarıstandan keçməsinə icazə verməməsi ilə bağlı mövqeyi bazar günü keçirilən seçkilərdə də dəstək qazanıb: “Biz başa düşürük ki, ukraynalıların başqa marağı olacaq. Biz onlarla mübahisə də etmirik. Ukrayna xalqının və macar xalqının maraqları hər şeydən üstündür. Lakin bir şeyi nəzərdən qaçırmaq olmaz. Macar xalqının demokratik qərarına heç kim qiymət verə bilməz. Totalitar rejimlərin qurulması, müharibədə şəriklik və macar xalqının iradəsinə təəssüf hissi ilə bağlı Ukraynadan səslənən bəyanatlar qəbuledilməzdir”.

XİN rəhbəri Ukrayna liderlərindən Macarıstana qarşı təhqirlərə son qoymağı və macar xalqının iradəsini tanımağı tələb edib. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanın ucuz enerji resursları naminə Rusiyaya qarşı çıxmadığını, lakin Moskva ilə dünya arasında seçim etməli olacağını bildirib. Azpost.info

Əvvəlki məqalə

“Ümid edirik ABŞ bu təlkxəkliyinə son qoyacaq” –

Sonrakı məqalə

“Rusiya qoşunlarının Kiyevdən geri çəkilməsi xoşməramlı jestdir” –