“Macarıstanın baş naziri mənə dedi mayın 9-da müharibə bitəcək” –Roma Papası

“İndi məsələ təkcə Donbas deyil, həm də Krım və Odessadır” – Roma Papası

Macarıstanın baş naziri Viktor Orban Roma Papası Fransiskə Rusiyanın Ukraynadakı müharibəni mayın 9-dək bitirmək planlarından danışıb.

Azpost.info xəbər verir ki, Papa bu barədə İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib. “Orban mənə dedi ki, hər şey mayın 9-da bitəcək. Ümid edirəm ki, belə olacaq. Çünki indi məsələ təkcə Donbas deyil, həm də Krım və Odessadır. Bu, Ukraynadan Qara dəniz limanını, hər şeyi alır. Mən bədbinəm, lakin biz müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməliyik”, – Papa deyib.

Azpost.info

Əvvəlki məqalə

Zelenski müharibə başlanandan ilk dəfə Ukrayna parlamentində çıxış etdi

Sonrakı məqalə

Azərbaycanda 6 nəfər COVID-19-a yoluxub