“Made in Azerbaijan” “işığı” niyə sönür? –İLHAM ŞABAN

Tanınmış enerji eksperti İlham Şaban Azərbaycanın enerji sistemi, onun gücü və kritik vaxtlarda ölkənin enerji təminatı ilə bağlı məsələlərə münasibətini bildirib.

Ekspert yazır:

Elektrik enerjisi ilə təhcizatla bağlı problemlərdən FB-də kifayət qədər məlumata rast gəlirik. Özü də paytaxtda.

Azərbaycanın ən ENERJİLİ coğrafi məkanında: neft-qaz burada (dənizdə hasil edilib sahilə də Abşeronda çıxarılır) hasil edilir, elektrikə burada çevrilir.

Abşeron yarımadasında hazırda 4 iri istilik elektrik stansiyası mövcuddur: hər biri 400 MVt olan “Şimal-1” və “Şimal-2” (Şüvəlanda), 525 MVt Sumqayıtda və 300 MVt Səngəçalda. Bundan əlavə Nobel pr-də Bakı İstilik Elektrik Mərkəzi – 107 MVt və Bakı modul tipli ES – 105 MVt fəaliyyətdədir. Yəni Abşeron yarımadasında 18037 MVt güc var.. Hazırda Qobuda 300 MVt-lıq daha bir istilik elektrik stansiyası inşa edilir – 2022-də istifadəyə verilməlidir.

Yəni enerjinin dayanıqlığı, xammalın nəqlinə çəkilən xərcin minimum, itkinin azalması baxımından kifayət qədər optimal START vəziyyətinə malikik: enerji mənbələrinin yanında istehsal və oradaca paylanması.

Bəs niyə elektrik enerjisinin paylanmasının soyuq hava şəraitində dayanıqlığını təmin etmək “Azərişıq” ASC üçün problemlidir?

Axı, paytaxtı enerji ilə həm Mingəçevir, həm də Şirvan istilik elektrik stansiyaları da qidalandırır?

Əvvəla ona aydınlıq gətirək ki, qar yağanda evdə işıq niyə sönür?

1) enerji təminatının həyata keçirilməsi zamanı hava şəraitindən asılı olaraq (güclü külək) hava xətlərində fiziki açılma (yəni qırılma, ağacların naqillər üzərinə yığılması və fiziki zədə və sair) ola bilir. Bunlatı təyin edib QƏZALARI aradan qaldırırlar;

2) istehlakçıların binada, məhəllədə, rayonda istilik əldə etmək məqsədi ilə elektrik avadanlıqlarından maksimum istifafə etməsi generasiya və paylayıcı şəbəkənin ötürə biləcəyi işçi gücü

üstələyir və avtomatik olaraq enerji təminatı dayandırılır.

Enerji təminatının dayanıqlı olmasını təmin etmək üçün istehlakın PİK dövründə ölkənin enerji sistemi əldə olan hökumətlərarası və təsərrüfat subyektləri arası sazişlər əsasında başlayır qonşu ölkələrdən enerji İDXALINA.

İndi yaşanan enerji dayanıqsızlığı halları onu göstərir ki, qonşu ölkələrin özlərində də enerjiyə tələbat dəfələrlə artdığından bunu ehtiyacımız duyulduğu həcmdə qarşılaya bilmirik.

Baxmayaraq ki, Azərbaycan 2020-ci ildə ikitərəfli enerji mübadiləsi nəticəsində qonşu ölkələrə 1 mlrd kVt/saatdan çox elektrik enerjisi ixrac etmişdi.

Bu günlərdə biz nəyi görmədik? Vətəndaşlara hansı informasiyalar çatdırılmalıydı ki, ANA Xəbərlərdə bir istehlakçı olaraq onlarda nə hasilatçıya, nə də enerji paylayıcı qurumlara qarşı aqressib münasibət in şiddəti heç olmasa minimum olsun. Psixoloji baxımdan əgər evində işığın və qazın gəlməsində fasilələr yaranıbsa, özünü diskomfort hiss edirsənsə, sənin Teksas ştatında və ta Sulutəpə massivində yaşamağının elə bir fərqi yoxdur: istehlakçı pulunu ödəyir bə onu paylayıcının problemləri maraqlandırmır.

Mənim baxış bucağımdan “Azərenerji” gündəlik hasilatını və bölgüsünü açıqlamalıydı. PİK istehlak saatlarını və əvbəlki günlərlə müqayisəsini. Eyni suaaları “Azərişıq” və “Azəriqaz” da etməliydilər.

Reallıq budur ki, İnformasiya əsrində Digital Economy ilə əhatələnəndə hansısa qurumun nümayəndəsinin çıxıb ƏDƏBİ-BƏDİİ cümlələrlə istehlakçıları nəyəsə inandırması danışmamasından qat qat yaxşı effekt verir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çingiz xan pandemiyanın qurbanı olub? –

Sonrakı məqalə

Paşinyanın “İsgəndər”lə bağlı dediyinə gülən Baş Qərargah rəisinin müavini işdən qovuldu