Maduronu tutmaq üçün naməlum silahdan istifadə olunub –"Burnumzdan qan açıldı, hamımız qəfildən yerə yıxıldıq"

Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün keçirilən əməliyyat zamanı Amerika hrbçiləri naməlum səs və ya enerji silahından istifadə ediblər.

AzPost bildirir ki, bu barədə “New York Post” qəzeti məlumat verir.

Qəzet Venesuela prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşının ifadəsinə istinadən bildirir ki, Amerika silahları radarları sıradan çıxarıb və əsgərləri yararsız hala salıb.

Məlumata görə, ABŞ dronları atəş mövqelərini və müqavimət mərkəzlərini yatırmaq üçün istifadə edilib.

“Biz ayıq-sayıq idik, amma birdən, heç bir izah olmadan bütün radar sistemlərimiz söndü. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxlu sayda dronlar oldu. Uçuş anında onlar nəsə naməlum bir şey buraxdılar. Bunu necə təsvir edəcəyimi bilmirəm. Bu, çox güclü bir səs dalğası kimi idi. Birdən sanki başımın içəridən partladığını hiss etdim. Hamımızın burnumdan qan axmağa başladı. Bəziləri qan qusurdu. Yerə yıxıldıq, tərpənə bilmədik”, – deyə “New York Post” qəzeti Maduronun təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin sözlərini sitat gətirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.