Malatyadakı zəlzələdə 2 nəfər ölüb- 140 yaralı, 29 dağılmış bina var (AFAD)

Malatyada dünən baş verən 5,6 bal gücündə zəlzələdə ölənlərin sayı 2-yə yüksəlib.

Azpost.info xəbər verir ki, AFAD zəlzələdə 140 nəfərin yaralandığını açıqlayıb. Xəsarət alanlardan 40-nın müalicəsi davam etdirilir, 12 nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, dağılmış 29 binanın altında qalan 32 vətəndaş xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, dünən episentri Malatya Yeşilyurtda 5,6 bal gücündə, 6,96 km dərinlikdə zəlzələ baş verib. Zəlzələ Malatya ilə yanaşı Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.

Azpost.info

 

Əvvəlki məqalə

Vəzirov Həsən Həsənovla bağlı Heydər Əliyevə nə deyib? Qromıkonun oğlunun və Suslovun şok cavabı –

Sonrakı məqalə

Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi 5,8 mlrd. dollara çatıb