“Maliyyə şoklarına səbəb ola bilər”

- "Moody's" ABŞ-İran gərginliyini şərh etdi
07 Yanvar 2020 - 12:17

ABŞ və İran arasındakı gərginliyin davam etməsi böyük iqtisadi və maliyyə şoklarına səbəb ola bilər.

APA-Economics”in məlumatına görə, bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Aleksandr Perjessi deyib. O, bu iqtisadi şokların ciddi təsirlərinin ola biləcəyini qeyd edib.

Açıqlamada iki ölkə arasında davam edən gərginliyin iqtisadiyyatın ümumi görünüşünü poza biləcəyi, Orta Şərqdə yalnız neft və bank sektoruna deyil, turizm kimi sahələrə mənfi təsir edəcəyi vurğulanıb.