Maradonanı həkimlər öldürüb –Argentina prokurorluğu

Dieqo Maradona həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişib.

Azpost.info xəbər verir ki, bu barədə Argentina prokurorluğuna istinadən “France24” məlumat yayıb.

Məlumata görə əfsanəvi futbolçunun həkimlərinə qarşı ittiham irəli sürülüb.

Prokurorlar məhkəməyə müraciət edərək, beyin əməliyyatından sonra həkimlərin Maradonanı çarəsiz vəziyyətdə taleyin ümidinə buraxdığını iddia ediblər. Aralarında tibb bacısı, psixoloq, psixiatr və neyrocərrahın da olduğu müttəhimlərin təqsiri sübut olunarsa, hər birini 25 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, əfsanəvi futbolçu 2020-ci il noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.

Azpost.info

Əvvəlki məqalə

Aygün Attar “Dostluq” ordeni ilə təltif edilib –

Sonrakı məqalə

Şəmkirdə marketdə yarım milyon manat mənimsənilib