Marina Əhmədova  Rusiyanın”Regnum” Agentliyinə rəhbər təyin edilib

Rusiyanın tanınmış jurnalisti və hüquq müdafiəsçisi Marina Əhmədova  “Regnum” İnformasiya Agentliyinə yeni rəhbər təyin edilib.

Azpost.info bildirir ki, M.Əhmədova Rusiya Prezidenti yanında insan hüquqları Şurasının üzvüdür. Bundan əvvəl “Russkiy reportyor” jurnalının baş redaktorunun müavini, həmçinin “Ekspert” jurnalının icmalçısı olub.

2014-2015-ci illərdə Donbasda münaqişəni işıqlandırıb. M. Əhmədova 1977-ci ildə Tomsk şəhərində anadan olub. Əslən Dağıstandandır. O həmçinin yazıçı kimi də tanınır.

 

 

Əvvəlki məqalə

“Avropa ABŞ-a görə Ukraynadakı münaqişəni dayandıra bilmir”

Sonrakı məqalə

ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb