Marneulidə 9 günlük körpə koronavirus şübhəsi ilə karantinə alınıb

Gürcüstanın Marneuli rayonundan olan 9 günlük körpə koronavirus şübhəsi ilə Tbilisi Dövlət Tibb Universitetinin klinikasına yerləşdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə klinikanın direktoru Levan Ratiani məlumat verib.

Onun sözlərinə görə, yeni doğulmuş körpənin ağır tənəffüs çatışmazlığı problemi var. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd olunub ki, koronavirusla bağlı testlər də artıq körpədən götürülüb və analiz edilməsi üçün labaratoriyaya göndərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus Avropa Birliyini dağıdır? –

Sonrakı məqalə

Camal Qaşıqçının qətli ilə bağlı 20 şübhəliyə qarşı ittiham irəli sürülüb