Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.

Bu barədə Simonyan öz “Telegram” kanalında yazıb.

Rusiya Dövlət Dumasının ermənipərəst deputatının Ermənistanda arzuolunmaz şəxs elan olunmasını şərh edən Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb.

“Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənə də”.,deyə Simonyan yazıb.

Əvvəlki məqalə

“WhatsApp”da yaranan problemin səbəbi məlum olub

Sonrakı məqalə

İsrail prezidenti İran PUA-larının Ukraynada istifadəsini sübut edən fotolar göstərib