Mart ayı üzrə müavinət, təqaüd və sosial yardım ödənişi yekunlaşdırılıb

Mart ayı üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı ödənişi yekunlaşdırılıb.

Bu barədə Azpost.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.

Hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsində düşmənin məhv edilməsinə dair görüntülər yayıldı –

Sonrakı məqalə

Bayden Putinin dialoq təklifinə cavab verib: