Masallıda din xadimləri üçün seminar keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyilə Masallıda din xadimləri üçün “Dini vəhdət-milli birlik” adlı üç günlük seminar keçirilib.
Tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, QMİ-nin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Masallı, Oğuz, Qəbələ və Şamaxı rayonlarından olan din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Üç günlük seminar çərçivəsində din xadimlərilərinin iştirakı ilə Masallı şəhər “Cümə” məscidində vəhdət namazı qılınıb, Qəhrəmanlar parkı, Şəhidlər Abidə Kompleksi ziyarət edilib. Tədbirdə seminar iştirakçılarına ekspertlər tərəfindən mühazirələr oxunub, maarifləndirici xarakterli film və videoçarxlar nümayiş etdirilib.
Seminarın məqsədi ölkəmizdəki məzhəblərarası münasibətlər, multikulturalizm və tolerantlıq mühitinin gücləndirilməsi, dini vəhdət və milli birliyimizin möhkəmləndirilməsidir.
Əvvəlki məqalə

Ölkəmizdə ilk dəfə tarixi bədii serial çəkilir –

Sonrakı məqalə

Azərbaycanda daha 64 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib