Dünyanın ən varlı insanı Elon Musk onun şirkəti Tesla tərəfindən hazırlanan Cybercab robot-taksilərinin istehsalına başlanıldığını elan edib.
AzPost xəbər verir ki, Mask bu barədə özünün X mikrobloqunda məlumat verib və “Cybercab istehsala başladı” sözlərini yazıb.
Cybercab layihəsi 2024-cü ilin oktyabrında təqdim olunub. Təqdimatda bildirilib ki, bu avtomobillərdə sükan və pedal yoxdur və gələcəkdə onların idarə olunması tamamilə avtomatik sistemlər vasitəsilə həyata keçiriləcək.
Məlumata görə, Tesla son dövrdə həm siyasi çətinliklər, həm də tariflərlə bağlı problemlər səbəbindən müəyyən çətinliklərlə üzləşib və Cybercab layihəsinin uğurlu startı şirkət üçün mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, şirkət Çin bazarında güclü rəqabətlə qarşılaşır. Pekində keçirilən avtosalonda Cybercab-a rəqib kimi təqdim olunan pilotsuz elektrik mikroavtobus nümayiş etdirilib. Bu modelin ödəniş məntəqələrindən avtomatik keçə bildiyi və yol nişanı olmayan marşrutlarda belə hərəkət edə bildiyi bildirilir.(milli.az)