Maştağada toy məclisi təşkil edən şəxslər cərimələndi –FOTO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq olunan karantin rejiminə əməl etməyərək toy məclisinin keçirilməsinin qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Maştağa qəsəbəsində vətəndaş R.Qasımovanın xüsusi karantin rejiminin tələblərini pozaraq evində çoxlu sayda qonağın iştirakı ilə toy məclisi təşkil etməsi barədə polisə məlumat daxil olub. Həmin ünvana baxış zamanı məclisin təşkilatçısı da daxil olmaqla ümumilikdə 70 iştirakçının karantin qaydalarını pozduqları aşkarlanıb. Həmin şəxslərdən 30-u yetkinlik yaşına çatmadığı üçün onlara xəbərdarlıq edilərək valideynlərinə təhvil verilib.

Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də 40 iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onlar cərimələniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden Trampın miqrantlar barəsində qoyduğu qadağanı ləğv edib

Sonrakı məqalə

YAP-ın təşkilat şöbəsinə yeni müdir təyin edilib –