Mayın 22-24-də geomaqnit qasırğası gözlənilir

Mayın 22-24-də geomaqnit qasırğası gözlənilir.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib. Yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən mayın 22-24-də G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.

Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq.

Mayın 22-24-də geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.

 

Əvvəlki məqalə

Patriarx Kirilin avtomobili qəzaya düşüb

Sonrakı məqalə

Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə konfrans keçirilir