Mayk Tayson Türkiyə futbol millisinə hədiyyə göndərib-FOTO

Amerikalı tanınmış veteran boksçu Mayk Tayson futbol üzrə Türkiyə millisinə hədiyyə göndərib.

Türkiyə mediası xəbər verir ki, Avropa çempionatında Avstriya ilə keçiriləcək matçda “ay-ulduzlular”a azarkeşlik edəcəyini bildirən 59 yaşlı idmançı üzərində Türkiyə bayrağı olan imzalı boks əlcəklərini komandaya hədiyyə edib.

Türkiyə millisinin futbolçuları Hakan Çalhanoğlu, Arda Gülər, Kənan Yıldız və Uğurcan Çakır xüsusi hədiyyəyə görə veteran boksçuya təşəkkür ediblər.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində baş tutacaq Avstriya-Türkiyə oyunu bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Əvvəlki məqalə

Suriyada Türkiyə əleyhinə nümayişlərdə 4 nəfər ölüb

Sonrakı məqalə

2023-cü il dövlət büdcəsinin icrasına dair qanun təsdiqlənib