Maykl Ceksonun məşhur corabları hərraca çıxarılacaq

- 1 milyon dollara (FOTO)
07 Noyabr 2019 - 15:15

Pop musiqisinin kralı Maykl Ceksonun məşhur “ay rəqsi”ni ilk dəfə ifa etdiyi parlaq corabları hərraca çıxarılacaq.

Trend-in məlumatına görə, corabların başlanğıc qiyməti 100 min dollar müəyyən edilib.

Amma mütəxəssislər onun 1 milyon və ya 2 milyon dollara satıla biləcəyini ehtimal edirlər.

Hərracda, həmçinin M.Ceksonun avtoqrafı ilə “Thriller” albomu və digər unikal əşyalar satılacaq.

Hərrac noyabrın 13-dən 22-dək davam edəcək.