Maykl Ceksonun qardaşı vəfat edib

Pop kralı Maykl Ceksonun qardaşı Tito 70 yaşında vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ölümün rəsmi səbəbi açıqlanmayıb.

ABŞ-ın “Variety” qəzeti yazır ki, Titonun ölümü barədə Cekson ailəsinin dostu Stiv Menninq məlumat verib. Meninqin fikrincə, Tito İngiltərəyə səfəri zamanı infarkt keçirib.

Tito qardaşları Ceki, Cermeyn, Marlon və Maykl ilə birlikdə əfsanəvi “The Jackson 5 “qrupunun üzvü idi. Son 20 il ərzində o, bir çox konsertlər verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.