Azərbaycanda keçirilən III MDB Oyunları çərçivəsində boks üzrə yarışlar keçirilir.
AzPost-un yarışlara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Yevlax Olimpiya İdman Kompleksində baş tutan yarışlarda azəbaycanlı idmançı Qardaş Rəhimov ilə rəqibi Belaruslu idmançı Beskaravainy Mikite arasında görüş baş tutub.
Döyüşə aktiv şəkildə başlayan idmançımız ilk rauddan qalib ayrılıb. İkinci raundda rəqibi onu üstələsə də həlledici raundda idmançımız aşkar üstünlük əldə edib. Nəticədə yarışı qalibiyyət ilə başa vurub.