MDB-dən olan miqrantlar Rusiyanı tərk etməyə başlayıb

Əməkçi miqrantlar Rusiyanı tərk etməyə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” ölkədəki milli diasporların nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, əsas səbəblərdən biri əcnəbi işçilərin evlərinə pul göndərmək imkanlarının məhdudlaşdırılmasıdır. “Əvvəl onlar “Western Union” və “Mastercard”, “Visa” bank köçürmələrindən istifadə edirdilər. İndi evə pul göndərmək imkanları daralıb”, – Moskvadakı özbək diasporunun hüquqşünası Bahrom İsmayılov bildirib.

Qırğızıstandan olan əmək miqrantlarının nümayəndəsi Maksatbek Abdunazar isə əlavə edib ki, səbəblərdən biri də rublun ucuzlaşmasıdır: “Rubl ucuzlaşıb deyə, işləmək sərfəli deyil”.

Mütəxəssislərin fikrincə, işçi qüvvəsinin xaricə axını əmək məhsuldarlığının azalmasına, inkişafın ləngiməsinə və mənfəətin itirilməsinə səbəb ola bilər: “Əcnəbi əməkçiləri ruslarla asanlıqla əvəz etmək mümkün deyil. İş şəraiti və maaşlar dəyişdirilməli olacaq ki, bu da ya biznes üçün problemlərə, ya da mal və xidmətlərin qiymətində artıma səbəb olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Nikolayev şəhər administrasiyasını raketlə vurdu

Sonrakı məqalə

“Azərbaycanın təklif etdiyi 5 maddə Ermənistan üçün məqbuldur” –