MDB dövlətlərinin XİN başçılarının görüşü başlayıb

Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir.

“Sputnik Tacikistan” xəbər verir ki, görüşdə tərəflər regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparacaq.

Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.