MEDİA jurnalistlər üçün yazı müsabiqəsi elan edib

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan edilir və mükafatlandırılır.

Müsabiqə barədə daha ətraflı məlumatı Agentliyin rəsmi internet saytından (media.gov.az) əldə edə bilərsiniz.

Son müraciət tarixi 15 noyabrdır.

Əvvəlki məqalə

Gələn il siyasi partiyalara 5 milyon manat pul veriləcək

Sonrakı məqalə

“Qafqaz regionu İran tarixinin bir hissəsidir” –