MEDİA-nın icraçı direktoru Slavyan Universitetinin rektoru ilə görüşüb

Noyabrın 3-də Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev arasında görüş keçirilib.

MEDİA-dan bildiriblər ki, görüş zamanı Əhməd İsmayılov ölkəmizdə medianın keçdiyi inkişaf yolundan, aparılan islahatlardan danışaraq təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb. O, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev media sahəsində islahatlar prosesinin geniş vüsət almasını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə Agentlik tərəfindən hazırlanan “MEDİA Lab” layihəsi və layihənin təşkili mexanizmləri müzakirə olunub.

Əvvəlki məqalə

Büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Sonrakı məqalə

“Kubaya qarşı iqtisadi blokada dərhal aradan qaldırılmalıdır!”