Abşeron rayonu, Məhəmmədli kəndi, Seyid Şuşinski, 75 B ünvanında dünəndən etibarən işıq yanmır. AzPost bildirir ki, bu barədə sözügedən ərazidə yaşayan sakinlər müraciət ediblər. Adının çəkilməsini istəməyən sakin qeyd edib ki, dünən səhər saat 11:30-dan işıq sönüb, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib: "Evində xəstə və körpə uşağı olan ailələr var. Hava çox soyuqdur, donuruq. Bu soyuqda işıqsız qalmaq zülmdür". Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlanıb. Xatırladaq ki, ötən ilin dekabr ayında da Abşeron rayonunun Məmmədli kəndinə eyni ünvanda elektrik enerjisinin verilməsində problem yaşanmışdı. "Azərişıq" ASC-dən bildirilmişdi ki, buna səbəb ərazidəki xətlərdə yenilənmə işlərinin aparılmasıdır.
Bizi Telegramda izləyin!