Mehriban Əliyeva 28 May Günü ilə bağlı paylaşım etdi:

"Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun!"
28 May 2021 - 10:30

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May – Respublika Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm.

Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!”