Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.