Mehriban Əliyeva neftçiləri təbrik etdi:

“Qəhrəmanlığa bərabər əməyinizə görə çox sağ olun”
20 Sentyabr 2019 - 11:28

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 sentyabr tarixi ilə bağlı neftçiləri peşə bayramı münasibətilə təbrik edib.

Təbrik mətni M.Əliyevanın “Instagram” səhifəsində paylaşılıb.

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram” – deyə təbrikdə vurğulanıb.