Mehriban Ələkbərzadə “zirzəmidə” tamaşa hazırlayıb –“Qodonun intizarında” təqdim olunacaq

“Zirzəmi teatrı” üslubunda çalışan “ŞAH MAT” Teatrının səhnəsində Absurd teatr yaradıcılarından olan irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın mətbuat katibi Turan Etibaroğlu Azpost.info-ya bildirib ki, səhnə əsəri 19 sentiyabr saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən “ETUD Cafe & Bar”-da nümayiş olunacaq.

İstedadlı gənclər Mir Qabil Əkbərov(Vladimir), Ümüd Abbas(Estraqon),Səid Abbas(Poçço),Pərvin Dadaşova(Lakki) rol aldığları səhnə əsəri tanınmış rejissor əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda təqdim olunacaq.

Tamaşaçılara təqdim olunan nümunə “Absurd” üslubunda hazırlanıb. Səhnə əsəri iki nəfər heç bir iş görmədən oturub bir ağacın altında Qodonu gözləyirlər və Qodo gəlmir. Bunu hər gün davam edirlər. Onlar hesab edir ki, Qodo gələcək, onları çətin vəziyyətdən qurtaracaq və hər şey yaxşı olacaq. Lakin Vladimir obrazının dili ilə desək “heç kəs gəlmir, heç kəs getmir, heç nə baş vermir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Radiosunda Bədii Şura yaradıldı –  

Sonrakı məqalə

DTX mərhum pilotun adından açılmış saxta profili araşdırır –