Mehriban Əliyeva əməkdar artistə mənzil hədiyyə etdi"Artıq öz evim var, dostlar"

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Quliyevaya mənzil hədiyyə edib.

Qaynarinfo xəbər verir ki, aktrisa bu barədə “İnstagram” hesabında məlumat paylaşıb.

“Göstərdiyi diqqətə və qayğıya görə, məni iki otaqlı mənzillə təmin etdiyi üçün Azərbaycanın Birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemim olan evsizlik problemimi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə”, – deyə Əməkdar artist yazıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ruhani:

Sonrakı məqalə

“Sələmçi deputatın qorxub borcu qaytaracağına ümid edib” –