Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”

Əvvəlki məqalə

COVID əleyhinə vaksinasiya 20 milyon insanın həyatını xilas edib

Sonrakı məqalə

“Gürcüstanda siyasi məhbus yoxdur”