Mehriban Əliyeva neftçiləri təbrik etdi:“Qəhrəmanlığa bərabər əməyinizə görə çox sağ olun”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 sentyabr tarixi ilə bağlı neftçiləri peşə bayramı münasibətilə təbrik edib.

Təbrik mətni M.Əliyevanın “Instagram” səhifəsində paylaşılıb.

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram” – deyə təbrikdə vurğulanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünün vaxtı məlum oldu  

Sonrakı məqalə

Lənkəranda 20 Yanvar əlili itkin düşüb