Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi:"Neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir"

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva qocaman neftçi, akademik Xoşbəxt Yusifzadəni yubileyi münasibəti ilə təbrik edib. 

Azpost.info bildirir ki, M.Əliyeva sosial şəbəkədəki rəsmi profilində yazdığı təbrikdə X.Yüsifzadəni “canlı əfsanə” adlandırıb: “Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Liviyada sülh alınmadı –

Sonrakı məqalə

Tibbi sığorta üzrə “Xidmət Zərfi açıldı” –