Meksikada qaz kəmərində güclü partlayış olub

01 Noyabr 2021 - 00:52

Meksikanın Puebla ştatında qaz kəmərinin kəsilərək qeyri-qanuni müdaxilə edilən hissəsində güclü partlayış baş verib.

Bu barədə ştatın Xilasetmə xidmətinin “Tvitter” səhifəsində yazılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Ətrafdakı yaşayış məntəqələrindən 2 minə yaxın sakin təxliyə edilib. 50-dən çox evə ziyan dəydiyi bildirilir.(APA)