Merkelin Rusiya ilə Ukrayna arasında vasitəçi olması təklif edilir

Ukrayna böhranının həllində vasitəçilik üçün Almaniyanın keçmiş kansleri Angela Merkelin namizədliyi irəli sürülüb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu təklifə Bundestaqda Sol Partiya fraksiyasının həmsədri Ditmar Barç çıxış edib: “O, münaqişənin hər iki tərəfində nüfuza sahibdir. Bu da vəziyyəti sakitləşdirmək üçün vacib məqamdır”.
D.Barçın fikrincə, Olaf Şolz hökuməti vasitəçilik rolunu Merkel kimi oynaya bilmir: “Ona görə də ölkənin hazırkı hökuməti Fransa ilə birlikdə Rusiya və Ukrayna arasında mümkün sülh vasitəçisi kimi Merkeli seçməlidir”.

Merkel 2005-ci ildən 2021-ci ilə kimi 16 il Almaniya hökumətinə rəhbərlik edib.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General Altay Mehdiyevdən Nəcməddin Sadıqova ittiham:

Sonrakı məqalə

“Ölkədə dövlətə problem yaradacaq Mehdiyevə bənzər şəxslər var” –