“Mersedes” 223 min “Viano” və “Vito” modelini geri çağırır

“Mersedes-Benz” şirkəti 2002-ci ilin dekabrından 2006-cı ilin fevralınadək istehsal olunmuş “Viano” və “Vito” model 223 min avtomobili texniki nasazlığa görə geri çağırır. Həmin avtomobillərin 60 mindən çoxu Almaniyadadır.

“Spiegel” qəzeti xəbər verir ki, buna səbəb həmin avtomobillərin hava yastığı sistemində qüsurun olmasıdır. Belə ki, “airbag” açıldığı zaman metal parçaların qopması səbəbilə xəsarət riskinin mövcud olduğu aşkar edilib.

Şirkət müştərilərin geriçağırılma barədə yazılı şəkildə məlumatlandırılacağını bildirib. Problemin aradan qaldırılması üçün “Mersedes-Benz”in xidmət mərkəzləri müvafiq avtomobillərdə hava yastığını yoxlayacaq və lazım gələrsə dəyişəcək. Təmir prosesi təxminən bir saat çəkəcək və avtomobil sahibləri üçün ödənişsiz olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.