Meşə əkininin 22 faizi məhv olub, 500 min büdcəyə ödənməyib –Meşədə yalnız restoran açılır (HESABLAMA PALATASI)

Meşə təsərrüfatı işləri çəriçivəsində zəruri meyarların nəzərə alınmaması səbəbindən  2017-20-ci illər ərzində 8,7 min hektar ərazidə həyata keçirilmiş meşə əkinlərinin 22 faizi məhv olub. 

Azpost.info bildirir ki, bu barədə Hesablama Palatasının 2021-ci il üçün fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesablama Palatası bununla bağlı Ekologiya və Təbii Sərəvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyətinin auditini həyata keçirib.

Audit üçün Lənkəran,Masallı, Bərdə,Şəki və Şamaxı regional mərkəzlərində monitorinqlər aparılıb.

Hesabatda qeyd olunur ki, Milli Meşə Proqramının hazırlanmaması, meşələrədən istifadə, meşələrin qorunması üzrə əsas ehtiyac olan sahələrin pərakəndə şəkildə müəyyən edilməsi meşələrin idarə edilməsinin səmərəlilyinə birbaşa mənfi təsri edib.

Sənəddə deyilir ki, funksional fəaliyyətin həyata keçirilməsi üçün işçi qüvvəsi çatışmır və bu da meşələrin bərpası üçün olan əkinlərin baxımsız vəziyyətə düşməsi ilə nəticələnir.

“Turizm və idman məqsədləri üçün istifadəyə verilmiş meşə fondu sahələrində yalnız kafe-restoran fəaliyyəti təşkil edilib. Meşə fondu torpaqlarının icarəçilərlə müqavilələrinin vaxtının bitməsindən sonra yeni müqavilələrin bağlanmaması, torpaqdan istifadə hüququ verən müqavilələr olmadan sahibkarlıq fəaliyyəti çoxluq təşkil edib. Bu rəqəm 65 faiz civarında olub”-deyə Hesabatda vurğulanır.

Hesablama Palatası bildirib ki, torpaq sahələrinin istifadəsindən tutulan 500 min manat icarə haqqı dövlət büdcəsinə köçürülməyib. Müqavilə şərtlərinin yerinə yetirilməməsi Xidmət tərəfindən müqaviləyə xitam verməyə əsas yaratmağına baxmayaraq vergi və ekologiya orqanları arasında zəruri məlumat mübadiləsi aparılmayıb.

Bu isə dövlət mülkiyyətində olan torpaqların icarə haqqı ödənilmədən istifadəsi ilə nəticələnib.

 

Əvvəlki məqalə

“Baydenin “erməni soyqırımı” barədə bəyanatı tarixi təhrif etməkdir” –

Sonrakı məqalə

Zəngilanda Ermənistanın diversiya qrupunun üzvü saxlanılıb –