Messi 8-ci dəfə “Qızıl top”u qazanıb

“Qızıl top” mükafatının qalibi məlum olub.

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Bu ada Argentina millisinin hücumçusu Lionel Messi layiq görülüb. O, 8-ci dəfə bu mükafata sahib çıxmaqla öz rekordunu yeniləyib.

Qeyd edək ki, Messi 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə bu mükafatı qazanıb.

Əvvəlki məqalə

İsrail vətəndaşlarını Şimali Qafqazı tərk etməyə çağırıb

Sonrakı məqalə

Qəzzada öldürülənlərin 70 faizi qadın və uşaqdır –