“Los Angeles Lakers” basketbol klubunun hücumçusu LeBron Ceyms dünyanın ən çox qazanan idmançısı olub.
Bu barədə “Sportico” məlumat yayıb.
Son bir ildə basketbolçu 126,9 milyon dollar qazanıb. Qeyd olunur ki, bu vəsaitin 90 faizi reklam müqavilələri hesabına formalaşıb.
İkinci pillədə ötən il olduğu kimi, Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi qərarlaşıb.
O, 120 milyon dollar qazanıb ki, bunun da 50 milyonu reklam gəlirləri olub.
Dünyanın ən çox qazanan idmançıları üçlüyünü “Mançester Yunayted” klubunun portuqaliyalı yarımmüdafiəçisi Kriştiano Ronaldu qapayıb.
O, bu pillədə 115 milyon dollarla qəraralaşıb.
Qeyd edək ki, ən çox məvacib alan idmançılar beşliyinə PSJ-nin digər futbolçusu Neymar və meksikalı boksçu Saul Alvares daxildir.
Ötən ilki reytinqin qalibi olan Konor Makqreqor 52 milyon dollarla 21-ci yerdə qərarlaşıb.