“Meta” Rusiyanın dövlət KİV-lərinin hesablarını bloklayıb- “Reuters”

“Facebook”un sahibi “Meta” öz platformalarında RT, “Rossiya Seqodnya” və digər Rusiya dövlət KİV-lərinin hesablarını bloklayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu qurumların internetdə gizli təsir əməliyyatları aparmaq üçün aldadıcı taktikalardan istifadə edildiyi deyilir.

Agentlik xatırladıb ki, “Meta” əvvəlki illərdə reklamın bloklanması və bu mediada nəşrlərə girişin məhdudlaşdırılması kimi daha məhdud tədbirlər görüb.

“Facebook”dan başqa, “Meta” tətbiqlərinə Instagram, WhatsApp və Threads daxildir.

Rusiya səfirliyi “Reuters”in məsələ ilə bağlı sorğularına cavab verməyib.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə vergi ödəyicilərinin sayı artıb

Sonrakı məqalə

Arxeoloqlar Allahın Musa peyğəmbərə verdiyi “Əhd sandığı”nı axtarır