“Meta”nı 13 milyard dollarlıq cərimə gözləyir- “Financial Times”

Avropa İttifaqının rəqəmsal qanunvericiliyini pozduğuna görə Meta Platforms Inc. korporasiyasını 13,5 milyard dollar cərimə gözləyir.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazır.

Söhbət, reklam bazarında hökmranlıq etməyə çalışmaqdan gedir.

Mənbələrin məlumatına görə, “Facebook” rəqiblərini zəiflətmək üçün pulsuz “Marketplace” xidmətini sosial şəbəkə ilə əlaqələndirir.

Korporasiyaya qarşı antiinhisar təhqiqatı hələ 2019-cu ildə platformanın pulsuz xidmətlər təklif edərək öz mövqeyindən sui-istifadə etdiyi, lakin toplanmış məlumatlardan mənfəət əldə etdiyi barədə məlumatlar ortaya çıxanda başlayıb.

Meta təqsirli bilinərsə, korporasiyanı illik gəlirinin 10 faizi məbləğində cərimə gözləyir. Ötən il bu, təxminən 135 milyard dollar təşkil edib. Nəşr şirkətə qarşı daha yumşaq sanksiyaların tətbiq olunacağını istisna etməyib.

Aİ bu məsələ ilə bağlı oktyabrda qərar verəcək.

Azpost.info

Əvvəlki məqalə

Salyanın yeni icra başçısı kollektivə təqdim olunub

Sonrakı məqalə

Çempionlar Liqası –